Amerikalı müğənni Teylor Sviftin pərəstişkarları konsertdə baş verən yeni hadisədən sonra onun səhhətindən narahatdırlar.
Qaziler.az xəbər verir ki, bu barədə “Page Six” yazıb.
Martın 5-də ulduzun “Eras Tour” çərçivəsində Sinqapurda baş tutan konserti zamanı müğənni özünü pis hiss edib. O, "Delicate" mahnısı zamanı öskürüb.
Pərəstişkarları onun boğuq səsindən əlavə, Sviftin daha yavaş, daha rahat hərəkətlərini də müşahidə ediblər.
Qeyd edilib ki, fevralın əvvəlində Taylor Swift Yaponiyada konsertləri zamanı səhnədə iki dəfə büdrəyib. Belə hallardan birində uzun don geyinmiş Svift konsertdə addımını səhv hesablayıb və az qala pilləkənlərdən yıxılacaqmış.
QAZİLER.AZ