Şahzadə Harri və həyat yoldaşı Meqan Markl taxt-taca varislik qaydalarına görə Britaniya monarxiyasının siması ola bilməyəcəklər.
Qaziler.az bildirir ki, bunu britaniyaşünaslıq üzrə mütəxəssis və Rusiya Elmlər Akademiyasının Ümumi Tarix İnstitutunun əməkdaşı Marina Ayzenştat “NEWS.ru”ya açıqlamasında deyib. Ekspertin sözlərinə görə, cütlük kral ailəsinin üzvləri arasında da pis reputasiyaya malikdir.
“Şahzadə Uilyam III Çarlzın böyük oğludur və onun da uşaqları var. Böyük Britaniyada taxt-taca varis olacaq biri var. Harri və Meqan monarxiyanın siması ola bilməzlər. Özlərini elə vəziyyətə saldılar ki, ailədən qovulmağa məcbur oldular. Hər kəsin hər şeyi unudub, onları qucaq açıb qəbul edəcəyini təsəvvür etmək mənim üçün çətindir”, - ekspert bildirib.
QAZİLER.AZ