"Honda" təkəri və elektrik mühərriki olan kreslosunu nümayiş etdirdi - VİDEO

"Honda" təkəri və elektrik mühərriki olan kreslosunu nümayiş etdirdi - VİDEO backend

Yaponiyanın avtomobil istehsalçısı “Honda” istifadəçiyə virtual aləmdə fiziki naviqasiya etməyə imkan verən “Honda Uni-One” adlı güclü virtual reallıqlı kreslosunu təqdim edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Hi-Tech Mail.Ru” portalı məlumat yayıb.

Kreslo istifadəçinin bədəninin əyilməsinə şərait yaradan və hərəkət istiqamətini təyin edən özünü balanslaşdıran texnologiya və sensorlarla təchiz edilmişdir. Bundan əlavə, qurğu oturacağı 70 sm qaldırmaq funksiyasına malikdir.

“Honda Uni-One” əvvəllər hazırlanmış “Honda Uni-Cub” modelinə əsaslanır. Onun çəkisi 69 kq, yükgötürmə qabiliyyəti 109 kq-a qədər, maksimal sürəti 5,9 km/saat, məsafəsi 8 km-ə qədərdir.

“Honda Uni-One” cihazının xüsusiyyətləri və qiyməti haqqında ətraflı məlumat martın 8-dən 16-dək keçiriləcək SXSW konfransında təqdim olunacaq.

QAZİLER.AZ

Diaspora