Çinli telefon istehsalçısı “Honor” “Honor Ring”i elan etməklə geyilə bilən cihazlar bazarına yeni məhsulu ilə çıxıb.
Qaziler.az bu barədə “Ferra.ru”ya istinadla xəbər verir.
“Honor”un ağıllı üzük bazarına daxil olması istehlakçılara əvvəllər məhdud olan məkanda daha çox seçim imkanı verir. Bazarda hazırda bir neçə əsas oyunçu üstünlük təşkil edir. Bunlardan “Oura” lider mövqe tutur və “Evie” daha çox qadın sağlamlığı bazarını hədəfləyir.
Ağıllı üzüklərlə bağlı əfərrüatlar az olsa da, çox güman ki, “Honor Ring” mövcud ağıllı üzüklərlə eyni xüsusiyyətlərə sahib olacaq. Buraya ürəyin döyüntüsü, yuxu rejimi, temperatur, məşq və fitness kimi izləmə ölçüləri daxildir.
QAZİLER.AZ