Smartfonunuzun ekranındakı cızıqlardan qurtulmaq o qədər də çətin deyil. Hər kəsin evində olan ucuz məhsul bu işdə kömək ola bilər.
QAZILER.AZ Lent.az-a istinaden smartfon ekranındakı cızıqlardan qurtulmağın sadə və asan yolunu təqdim edir:
Adi diş pastası smartfonunuzun ekranındakı cızıqları aradan qaldırmağa kömək edə bilər.
Ancaq onun tərkibində sadə, ağ, mikroqranullu gel kimi əlavələrin olmamasına diqqət etmək lazımdır. Diş pastasını tətbiq etməzdən əvvəl ekran əvvəlcə nəm, sonra quru mikrofiber parça ilə silinməlidir.
Sonra, bir pambıq çubuğa bir az pasta tökün, cızıqları silin və telefonda qalan pastanı nəm bir parça ilə çıxarın. Nəticədən çox razı qalacaqsınız.