55 yaşlı müğənni arıq olmasının sirrini açdı: "Həmişə qabda yemək gətirirəm" - FOTO/VİDEO

55 yaşlı müğənni arıq olmasının sirrini açdı: "Həmişə qabda yemək gətirirəm" - FOTO/VİDEO backend

Rusiyanın tanınmış müğənnisi 55 yaşlı Valeriya arıq olmasının sirrinin tərkibində şirniyyat və yağlı qidalar olmayan düzgün qidalanmada olduğunu deyib.

Qaziler.az xəbər verir ki, “Beşinci” kanalla söhbətində sənətçi qeyd edib ki, ailəsində şirniyyat məsələsinə əri, prodüser İosif Priqojin cavabdehdir.

O əlavə edib ki, hətta gərgin konsert və çəkiliş qrafiki olsa belə, çəkilişdə olarkən o həmişə normal və sağlam qidalarla qidalanır. Xüsusilə, sənətçi həmişə evdən yemək qabında sağlam qida götürdüyünü vurğulayıb.

"Həmişə yanımda yemək qabı olur, onları evdən gətirirəm. Götürə bilməsəm belə, həmişə yemək üçün sağlam qidalar tapıram”, - Valeriya bildirib.

Onun sözlərinə görə, yatmazdan əvvəl nəsə yeyir, amma ölçülü şəkildə. Həmçinin şirniyyat həvəskarı olmadığını da etiraf edib.

QAZİLER.AZ

Diaspora