“WhatsApp”da yeni funksiya tətbiq olunacaq

“WhatsApp”da yeni funksiya tətbiq olunacaq backend

“WhatsApp”da mesencer istifadəçilərini profilindən fotoların yayılmasından qoruyan funksiya tətbiq olunacaq.

Məlumata görə, tərtibatçılar avatorların (profil şəkli) skrinşotlarının çəkilməsini qadağan etməyə hazırlaşırlar.

Qeyd olunub ki, beş il əvvəl mesencerdən istifadəçilərə profil şəkillərini saxlamaq imkanı verən funksiya silinib. Bu funksiyanın silinməsi istifadəçilərin xəbəri olmadan konfidensial istifadəçi məlumatlarını qorumaqla əsaslandırılıb. İndi “WhatsApp”ın “Android” üçün 2.24.4.25 beta versiyasında profil şəkillərinin skrinşotlarını bloklayan funksiya var.

Profil şəklinizin skrinşotunu çəkməyə çalışdığınız zaman bunun mümkün olmadığını qeyd edən bildiriş görünür. Oxşar məhdudiyyətə bank proqramlarında və ya “Telegram” mesencerində də rast gəlmək mümkündür.

Mənbə: Gazeta.ru

Diaspora