Almaniyada zibillikləri axtaran 80 yaşlı təqaüdçü 700 min avro toplayaraq 10 ev almağı bacarıb.
Qaziler.az xəbər vrir ki, bu barədə “Bild” qəzeti yazıb.
Məqalədə deyilir ki, kişi Darmştadt şəhərində yaşayır və kasıb dilənçidir. O, yeməyə ayda 5 avrodan çox pul xərcləyir və zibil qutularını axtarmaqla pul yığır.
Belə ki, o, əvvəllər elektrik mühəndisi işləyib, indi isə 3600 avro pensiya alır və tamamilə hər şeyə qənaət edir. Soyuq olanda pensiyaçı kişi evini odun tullantıları ilə qızdırır və mobil telefonu yoxdur. Onun yeganə böyük xərci “YouTube”da işləri ilə məşğul olmaq və biznes mühazirələrinə baxmaq üçün internetə çıxışı olan noutbukudur.
Nəşrin yazdığına görə, kişi "Almaniyanın ən qəribə milyonçusu" adlanır. O, topladığı pullarla artıq 10-cu evini alıb və hər birini özü təmir edib.
QAZİLER.AZ