Fransada kiçik şəhər mobil telefonlardan istifadəni qadağan edir

Fransada kiçik şəhər mobil telefonlardan istifadəni qadağan edir backend

Fransanın paytaxtı Parisin yaxınlığında yerləşən Sen-Port şəhərinin sakinləri şəhərin müəyyən ərazilərində mobil telefondan istifadənin qadağan edilməsinə səs veriblər. Bu isə ərazini gəzmək, fotoşəkil çəkmək və menyuları tərcümə etmək üçün qadcetlərdən istifadə etməyə vərdiş etmiş yerli sakinlər və turistlər üçün həyatı bir qədər çətinləşdirəcək.

Qaziler.az bildirir ki, “The Sun”ın məlumatına görə, 2000-dən çox şəhər sakinindən yalnız 272-si müvafiq referendumda (126-nın əleyhinə 146 səs) səs verib.

Şəhərin başçısı Vinsent Pol-Ptinin yaxın günlərdə açıqlayacağı yeni fərman xüsusilə məktəblərin qarşısında, mağazalarda, küçədə gəzərkən və ya böyük tədbirlərdə izdiham zamanı telefon və digər cihazların istifadəsini qadağan edəcək. Bu yolla yerli ictimaiyyət yeniyetmə və uşaqları qadcetlərdən hədsiz dərəcədə istifadə etməkdən qorumaq istəyir.

QAZİLER.AZ

Diaspora