Bir qrup avstraliyalı yeniyetmə müntəzəm balıq ovu zamanı nəhəng mişar balığı tutub.
Qaziler.az xəbər verir ki, bu haqda ABC telekanalı məlumat yayıb. Kanal yazır ki, balığın uzunluğu altı metr olub və gənclər onu sahilə çəkməkdə çətinlik çəkiblər.
“Onun yanında dayananda o, az qala dinozavr kimi görünür”, - balıq tutan 17 yaşlı Owen Wells deyib.
Gəncin sözlərinə görə, hadisələr ötən ilin noyabrında baş verib. Üç gənc Port Hedland şəhəri yaxınlığında gecə balıq tutmağa gediblər. Hava pisləşməyə başlayıb və onlar getməyə hazırlaşanda görüblər ki, leska dartılır. Gənc balıqçı əlavə edib ki, balığı çıxarmaq o qədər çətin olub ki, onlar “sualtı qayıq və ya qatar” tutduqlarını zənn ediblər.
Nəticədə iki saat yarımlıq zəhmətdən sonra şikarı əldə edə biliblər. Gənc oğlanlar balığı özləri ilə götürməyiblər və onu okeana buraxıblar.
QAZİLER.AZ