Birjada bir ton kakao paxlasının dəyəri 1977-ci ildən bəri ilk dəfə beş min dolları ötüb.
Qaziler.az “Qazeta.ru”ya istinadla xəbər verir ki, bu haqda “ICE Futures” birjasının məlumatlarında qeyd olunub.
Bildirilib ki, kakao paxlasının tarixi maksimum dəyərinə 1977-ci ilin iyulunda nail olunub. Onda bir ton məhsul 5,4 min dollara başa gəlib. Eyni zamanda, birja kakao paxlalarının qıtlığının 2024-cü ilə qədər davam edəcəyini bildirib.
Bir çox tədarükçülər qiymətlərin daha da artması ümidi ilə mövcud xammalı satmırlar. Bu səbəbdən keyfiyyətli şokoladın piştaxtalardan itməsinə səbəb olacaq qıtlıq yaranıb. İstehsalçılar isə onu kakao paxlası olmayan digər məhsullarla əvəz etməyə məcbur olacaqlar.
QAZİLER.AZ