“Nokia” mobil qacetləri brendinin faktiki sahibi olan “Human Mobile Devices” şirkəti öz brendi altında smartfonların buraxılması ilə bağlı xəbərlər fonunda gələcək cihazlarının ilk renderlərini nümayiş etdirib.
Qaziler.az “Ferra.ru”ya istinadla xəbər verir ki, fotoda “Nokia N9” və ya “Lumia”ya bənzəyən bir neçə model göstərilir. İki əsas rəng var: yaşıl (nanə) və çəhrayı. Renderlər satıcının öz brendi - HMD altında smartfon bazarına daxil olması xəbərindən sonra ortaya çıxıb.
Bu, çox güman ki, 2024-cü ilin fevralında baş verəcək. Bu barədə insayder Roland Quandt da məlumat verib və o, hər birində üç variantı olan iki smartfon seriyasının ola biləcəyini bildirib.
Amma hələlik bu məlumatın konkret təsdiqi yoxdur.
QAZİLER.AZ