Bioloqlar 3D printerlə beyin toxuması əldə ediblər

Bioloqlar 3D printerlə beyin toxuması əldə ediblər backend

Elm adamları ilk dəfə olaraq 3D printerdən istifadə edərək böyüyə və real fəaliyyət göstərə bilən insan beynin toxumasını yaradıblar.

Qaziler.az xəbər verir ki, araşdırmanın nəticələri “Cell Stem Cell” jurnalında dərc olunub.

“Biz beyin qabığını və striatumunu çap etdik və tapdıqlarımız olduqca heyrətamiz idi. Biz beynin müxtəlif hissələrinə aid müxtəlif hüceyrələri çap etdikdə belə, onlar bir-biri ilə çox xüsusi və spesifik şəkildə danışa bilirdilər”, - alimlər qeyd ediblər.

Çap olunmuş beyin toxuması Daun sindromlu, Alzheimer və ya Parkinson xəstəliklərində hüceyrələr arasında siqnalın öyrənilməsi, həmçinin yeni dərmanların sınaqdan keçirilməsi üçün istifadə oluna bilər.

QAZİLER.AZ

Diaspora