Balasını yuxudan oyada bilməyən fil işçilərdən kömək istədi - VİDEO

Balasını yuxudan oyada bilməyən fil işçilərdən kömək istədi -  VİDEO backend

Balasını yuxudan oyada bilməyən fil yardım üçün gözətçilərə müraciət edib. Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Videodan görünür ki, fil nə qədər cəhd etsə də, balasını durğuza bilmir. Nəhayət ana fil qoruqda iş görən nəzarətçilərə yaxınlaşır və balasına tərəf gətirir. Gözətçilərdən biri nə üçün çağırıldığını anlayır və balanı yuxudan oyadır.

Kadrlar istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb. Video sürətlə sosial şəbəkələrdə yayılıb.

Diaspora