“Apple Watch” təyyarədə sərnişinin həyatını xilas edib

“Apple Watch” təyyarədə sərnişinin həyatını xilas edib backend

Britaniyalı həkim uçuş zamanı xəstələnən adamın həyatını xilas etmək üçün stüardessadan borc götürdüyü “Apple” saatından istifadə edib.

Qaziler.az xəbər verir ki, bu barədə “GizmoChina” məlumat yayıb.

“Hereford” xəstəxanasının həkimi Rəşid Diaz (43) 9 yanvar 2024-cü ildə “Ryanair”in Birmingemdən Verona reysi ilə uçurmuş. Uçuş zamanı yaşlı qadın nəfəs darlığı hiss edib. Ekipaj üzvü gəmidə həkim olub-olmadığını soruşduqdan sonra Diaz ona kömək etmək üçün könüllü olub. Qadının ürəyində problem olduğunu öyrəndikdən sonra həkim stüardessadan “Apple” saatı istəyib. O, xəstə qadının qanında oksigen səviyyəsini izləmək üçün ağıllı saatdan istifadə edib.

Oksigen səviyyəsinin aşağı olduğunu görən Diaz ekipajdan oksigen balonu istəyib. Onun köməyi ilə həkim təyyarə Veronada eniş edənə qədər qadının vəziyyətini stabilləşdirə bilib. Daha sonra sərnişinə əlavə tibbi yardım göstərilib.

Daha sonra Diaz bildirib ki, “Apple Watch” həqiqətən də fövqəladə hallarda tibbi diaqnostika alətlərini əvəz edə bilər. Lakin onun fikrincə, təyyarələrdə peşəkar avadanlıq olsa, daha yaxşı olar.

QAZİLER.AZ

Diaspora