190 min dollarlıq üzük kanalizasiya borusundan tapıldı

190 min dollarlıq üzük kanalizasiya borusundan tapıldı backend

Çində 190 min dollarlıq gəlin üzüyünü çuxurda axtararaq, üç gün sərf ediblər. 

Qaziler.az xəbər verir ki, məlumat “AsiaOne” portalında yayımlanıb.

Çində bir kişi səhvən oğlunun nişanlısının 190.000 dollarlıq üzüyünü xəndəyə atıb və daha sonra kanalizasiyanı təmizləmək üçün xilasetmə qrupunu işə götürüb. Qəza yanvarın 5-də kişinin pəncərənin yanında dayanaraq zinət əşyasının videosunu çəkmək istəyərkən baş verib.

Üzük sifarişlə hazırlanıb və qayınata onu baş tutacaq toyda gələcək gəlininə verməyi planlaşdırıb.

Xilasetmə qrupunun üzüyü axtarması 72 saatdan çox çəkib və bu, bir çox insanın marağına səbəb olub. Üç günlük axtarışlardan sonra nəhayət, üzük tapılıb. Axtarış qrupunun üzvü bildirib ki, ona və həmkarlarına əşyanın axtarışı üçün günlük 500 yuan ödənilib.

QAZİLER.AZ

Diaspora