Hipnozla 17 il əvvəl törədilən uşaq qətlinin üstü açılıb

Hipnozla 17 il əvvəl törədilən uşaq qətlinin üstü açılıb backend

Rusiya İstintaq Komitəsi xəbər verir ki, hüquq-mühafizə orqanları uşaq qətlində şübhəli bilinən şəxsin izinə, şahidin üzərində hipnoz tətbiq etməklə düşə biliblər.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, cinayət 17 il əvvəl törədilsə də, sonradan aparılan axtarışlar nəticə verməyib.

Yeni potensial dəlillər sayəsində iş bu il yenidən açılıb. Moskva İstintaq Komitəsinin psixoloqu şahidlə “yaddaşın aktivləşdirilməsi” sessiyası keçirib və hüquq-mühafizə orqanlarının əməkdaşları mühüm ifadələr alıblar.

Şahidlə aparılan “yaddaşın aktivləşdirilməsi” zamanı qadın itkin düşən qızı mağazada naməlum kişi və qadınla gördüyünü izah edib. Şahidin sözlərinə görə, qadının eskizi tərtib edilib və sonradan onun yeri müəyyən edilib.

QAZİLER.AZ

Diaspora