Zəngin və kasıb insanların üz cizgiləri müəyyən edilib

Zəngin və kasıb insanların üz cizgiləri müəyyən edilib backend

Qlazqo Universitetinin alimləri müəyyən ediblər ki, dar, mehriban sifətə malik insanlar əks xüsusiyyətləri olan insanlardan daha varlı sayılırlar.

Qaziler.az xəbər verir ki, bu barədə “DailyMail” məlumat yayıb.

Alimlər araşdırma zamanı insanların bir-birləri haqqında tələsik mühakimələrini təhlil ediblər. Belə ki, gülümsəyən ağızlı simalar, sərt cizgili üzlər, yuxarı qalxan qaşlar, bir-birinə yaxın gözlər və çəhrayı yanaqlar insanlara etibar hissi bəxş edir. Bu arada, "kasıb" olaraq qəbul edilən üzlərdə qaşlar aşağıda, çənələri daha qısa, ağız büküşləri aşağıya doğru düşmüş və dəri tonları soyuq olur. Bir çoxlarına belə insanlar etibarsız görünür.

Bundan əlavə, qeyri-ciddi hesab edilən şəxslərin uşaq xüsusiyyətlərinə malik olduğu müəyyən edilib. Bu görünüş xüsusiyyətləri də insanlar tərəfindən aşağı intellekt və ya itaətkar bir təbiət əlaməti hesab olunur. "Varlıların" üzləri daha uzundur və daha qabarıq xüsusiyyətlərə, dik burunlara, yuxarı qalxmış ağızlara və yüksək alın quruluşuna sahibdir.

QAZİLER.AZ

loading...
Diaspora