Şarj edilmədən 50 il işləyə bilən akkumulyator ixtira edilib

Şarj edilmədən 50 il işləyə bilən akkumulyator ixtira edilib backend

Çin enerji yığmadan 50 ilədək işləyə bilən nüvə batareyası icad edib. Üstəlik, ölçüsü bir sikkədən böyük deyil.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, xəbər “Oddity Central”da dərc edilib.

Kəşfin müəllifləri Betavolt şirkətinin mütəxəssisləridir. Ölçüsü kiçik olan batareya, tərkibindəki izotoplar sərbəst buraxıldığı üçün davamlı olaraq elektrik enerjisi istehsal edir.

Eyni zamanda, mühəndislər cihazın insanlar üçün təhlükəsiz olduğuna əmindirlər: burada nikel və almaz yarımkeçiricilərdən istifadə olunur.

Şirkət akkumulyatorun kütləvi istehsalına 2024-cü ildə başlamağı və bir ildən sonra daha güclü versiyasını təqdim etməyi planlaşdırır.

Qeyd edilib ki, batareyanı smartfonlarda, dronlarda və digər məişət əşyalarında istifadə etmək olar.

QAZİLER.AZ

Diaspora