İranın keçmiş prezidenti Həsən Ruhaninin saatı ölkədə gündəm mövzuya çevrilib.
İranın keçmiş prezidenti Həsən Ruhaninin saatı ölkədə gündəm mövzuya çevrilib.
Yenisabah.az Rozyato-ya istinadla xəbər verir ki, bir qrup jurnalist və media fəalı ilə görüş zamanı sabiq administrasiya rəhbərinin qolundakı "Longines" brendinin qiyməti ətrafında müzakirələr başlayıb.
"Longines 1832-ci ildə İsveçrənin Sen-Emi şəhərində yaradılmış İsveçrə saat şirkətidir. Bu şirkət lüks saatlar istehsalı ilə məşhurdur və "Swatch Group"un üzvüdür.
"Həsən Ruhaninin saatı neçəyədir?" müzakirəsi əsnasında dəyərli aksessuara min dollardan 10 000 dollara qədər qiymət qoyanlar olub. Müzakirə iştirakçılarının çoxu buna korrupsiya şübhəsi ilə yanaşıblar.
Xatırladaq ki, İranda prezident məvacibi təxminən 10 min dollardır.