“Startup Air Burners” şirkəti odun tullantılarının yandırılmasından əldə edilən enerjidən istifadə edərək elektrikli avtomobillərin enerji ilə doldurulması üçün unikal üsul təqdim edib.
Qaziler.az “Ferra.ru”ya istinadla xəbər verir ki, elektrikli nəqliyyat vasitələri üçün bu innovativ doldurma stansiyası ağac tullantılarını ekoloji cəhətdən ən təmiz şəkildə yandıran hava pərdəsi ilə təchiz edilib.
Şirkət üç növ quraşdırma hazırlayıb: BurnBoss, CharBoss və TrackBoss. Onlar 100%-ə çatan açıq yanma ilə müqayisədə tüstünü 10%-dən az qeyri-şəffaflığa endirən çirklənməyə nəzarət texnologiyasına malikdir.
Bu Hava Pərdəsi “Air Burner” karbohidrogen yanacaqlarından istifadə etmədən odunu təbii şəkildə yandırır.
QAZİLER.AZ