Bizdə bu göyərti yeyilir, Yunanıstanda isə qəbirlərin üstünə qoyulur

Bizdə bu göyərti yeyilir, Yunanıstanda isə qəbirlərin üstünə qoyulur backend

Eyni məhsullar müxtəlif ölkələrdə fərqli şəkildə istifadə oluna bilər. Adətən bununla bağlı uzun bir tarix, bəzən də müəyyən əfsanələr olur.

Məsələn, götürək elə Azərbaycanda da geniş yayılmış cəfərini. Bu, bizim ölkədə də geniş istifadə olunan çoxlarının sevdiyi göyərtidir. Bu bitki bəzi xörəklərə xüsusi dad verir. Ətlə verilir və salatlarda da bol istifadə olunur.

Ancaq Yunanıstanda bu bitki ən çox qəbiristanlığa aparılır. Məsələ burasındadır ki, yerli sakinlər cəfərinin ölülər dünyasının əsl simvolu olduğuna inanırlar və bunun dolaşan ruhları sakitləşdirməyə kömək etdiyini düşünürlər.

Bu cür düşüncə qədim zamanlardan bəri mövcuddur. Romalılar ölüləri qəbirdə saxlayacağına inancı ilə qəbirlərin üzərində cəfəri əkirdilər. Bundan əlavə, bu bitki əksər cənazə yeməklərinə daxil edilirdi. 

Sonra bu ənənə Qədim Yunanıstana keçdi Ancaq orada cəfəri daha müsbət yöndə şöhrət qazanır. Hesab olunurdu ki, o, müntəzəm olaraq yeyilərsə, bu, insanı ruhların intiqamından qoruyacaqdır. Cəfəri haqqında bu inanc bizim dövrə qədər gəlib çatıb və indiki Yunanıstanda geniş yayılıb.

QAZİLER.AZ

Diaspora