ABŞ-ın Arizona ştatının sakini Tina Hines qəfil ürək tutması keçirib, bundan sonra o, dörd dəfə həyata qaytarılıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə onun bacısı qızı İnstaqramda yazıb.
Həkimlər gəlməmişdən əvvəl Tinanın ürəyi əri tərəfindən bir neçə dəfə yenidən işə salınmışdı. Xəstəxanaya gedən yolda həkimlər defibrilatordan istifadə edərək xəstəni xilas etməyə çalışıblar. Tina özünün İnstaqramda yazdığı kimi, ümumilikdə 27 dəqiqə klinik ölüm vəziyyətində olub.
Oyanandan dərhal sonra amerikalı qadın qələmlə kağız parçası götürərək bunları yazıb: "O var". Qohumları Tinadan nə demək istədiyini izah etməsini istədikdə, o, göz yaşları içində göyə işarə etdi. Bacısı qızı belə deyib.
Tinanın dediyinə görə, kliniki ölüm zamanı o, parlaq sarı işıqlı qapının yanında dayanan bir fiqur görüb.
QAZİLER.AZ