Rusiyalı müğənni Valeri Leontyev uğursuz göz əməliyyatından sonra bir neçə əməliyyat keçirib.
Qaziler.az xəbər verir ki, bu barədə “kp.ru” sənətçinin dostlarına istinadən məlumat yayıb.
Leontyevin tanışlarının dediyinə görə, musiqiçi uğursuz blefaroplastika ilə bağlı problemləri artıq həll edib, həmçinin diz əməliyyatı keçirib.
Nəşrin qeyd etdiyinə görə, Leontyev uzun illər əvvəl ABŞ-da uğursuz göz əməliyyatı keçirib. Bundan sonra onun səhhətində problemlər yaranmağa başlayıb.
Rusiya Plastik, Rekonstruktiv və Estetik Cərrahlar Cəmiyyətinin üzvü İvan Volodçenkov müğənninin aşağı göz qapağı yırtığının götürülməsini təklif edib. Mütəxəssis qeyd edib ki, yeni cərrahi müdaxilələr uğurla həyata keçirilib.
Yanvarda məlum olub ki, Valeri Leontyev 2020-ci ildən bəri ilk dəfə Dubayda özəl tədbirdə çıxış edib. Müğənninin tədbirə görə qonorarı təxminən 10 milyon rubl təşkil edib. İfaçı bir saatdan az müddətə səhnədə olub.
QAZİLER.AZ