“Ye” kimi tanınan 46 yaşlı amerikalı reper Kanye Uest bütün təbii dişlərini çıxartdıraraq, onları 850 min dollara titan protezlərlə əvəz edib.
Qaziler.az xəbər verir ki, məlumatı “Daily Mail” yayıb.
Nəşrin məlumatına görə, implantların qiyməti brilyantların qiymətindən yüksək olub. İfaçı yeni görkəmini Ceyms Bond filmlərindəki “Çənələr” ləqəbli yaramazın görünüşü ilə müqayisə edib.
Uestin dəbdəbəli yeni protezləri özü tərəfindən hazırlanıb və unikal dizayndadır. “
Ulduzun implantları Beverli Hillsdə doktor Tomas Konnelli tərəfindən usta diş texniki Naoki Hayaşi ilə birlikdə taxılıb”, - nəşr qeyd edib.
QAZİLER.AZ