“Louis Vuitton” brendi yeni çanta modelini təqdim edib.
Qaziler.az xəbər verir ki, bu barədə brendin rəsmi saytında məlumat verilib.
Aksessuar ilk olaraq markanın Qərbi Hollivuddakı mağazasında satışa çıxarılıb. Çantanın qiyməti 3 min dollar dəyərindədir. Qeyd olunub ki, “Sandwich Bag” tamamilə dəridən hazırlanıb.
Qeyd edək ki, “Louis Vuitton” çantasının avqust ayında çıxan mini versiyası ucuz olduğu üçün ələ salınmışdı. Dəridən hazırlanan məhsulun dəyəri təxminən 4000 dollar idi.
QAZİLER.AZ