Hollivud aktyoru və ABŞ-nin Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneqqer Münhen hava limanında saxlanılıb.
Qaziler.az xəbər verir ki, “Bild”in verdiyi məlumata görə, kino ulduzu gömrük yoxlaması zamanı bahalı saatlara görə saxlanılıb.
Nəşrin məlumatına görə, Ümumdünya İqlim Sammiti üçün Avstriyanın Kitzbühel şəhərinə getməyi planlaşdıran Şvartseneqqer Bavariyanın paytaxtına uçub. Bəzi məlumatlara görə, o, İsveçrənin “Audemars Piguet” şirkətinin dəbdəbəli saatlarına görə artıq bir müddətdir ki, Münhen hava limanında polis nəzarətindədir. Şvartseneqqer ifadəsində onları hərraca çıxarmağı planlaşdırdığını söyləyib.
QAZİLER.AZ