"Sirr" premyeradan yalnız illər sonra açılıb.
Leonid Qaydayın “I əməliyyatı və Şurikin başqa macəraları” komediyasında “Vəsvəsə” qısa hekayəsini imtahana hazırlaşmağa həsr edib.
Milyonlarla tamaşaçı baş qəhrəmanın müxtəlif yöndəmsiz vəziyyətlərə düşsə də imtahanlara necə səylə hazırlaşdığını dəfələrlə izləyib. Ancaq az adam bu işdə Şurikə hansı kitabın kömək etdiyinin fərqinə varıb.
Məsələ burasındadır ki, Aleksandr Demyanenko kadrda kitabın qz qabığını izləyicilərdən cidd-cəhdlə gizlədir. Kitabı açır ki, üzərindəki yazını heç kim görməsin. Ancaq bir epizodda o, əlində tam olaraq nə tutduğunu istəməsə belə göstərməli olur.
Rusiyanın bir kanalının yazdığına görə, "Dialektika nöqteyi-nəzərindən", "Şurik rus dili lüğətinin köməyi ilə qarşıdan gələn imtahana səylə hazırlaşır". Bütün novella boyu özü ilə gəzdirdiyi kitab bu olub. Bunun fərqinə varan tamaşaçı gülməyə bilmir.
Eyni zamanda, süjet əsasında aydın olur ki, Şurik texniki ixtisas üzrə imtahan verməli olacaq. sosial şəbəkə istifadəçilərinin fikrincə, Qayday lüğətdən yalnız təsiredici ölçüsünə, yəni qalınlığına görə istifadə edib.
QAZİLER.AZ