“Xiaomi” gözlər üçün ağıllı masaj cihazı buraxıb - FOTO/VİDEO

“Xiaomi” gözlər üçün ağıllı masaj cihazı buraxıb - FOTO/VİDEO backend

Xiaomi öz “smart” cihazlar seriyasına yeni məhsul daxil edib. Bu, “Mijia Smart Eye Massager” alətidir.

Qaziler.az “Ferra.ru”ya istinadla bildirir ki, yeni məhsul “Xiaomi Youpin” platformasında satışa çıxarılıb və təqribən 65 dollar qiymətindədir. Məhsulu öncədən sifariş etmək mümkündür. Rəsmi satışlar isə yanvarın 17-də başlayacaq.

“Mijia Smart Eye Massager” insan gözünün strukturu nəzərə alınmaqla hazırlanıb və yeddi masaj zonasını əhatə edir. Göz ətrafındakı səkkiz əsas nöqtəni masaj edən dörd müstəqil idarə olunan hava klapanına malikdir.

Cihaz göz məşqlərində istifadə edilən masaj texnikasını təqlid edir və üç intensivlik səviyyəsi təklif edir.

Yeni məhsul həmçinin gözlərə istilik effektini tənzimləməyə imkan verən temperaturun tənzimlənməsi üçün NTC texnologiyası ilə təchiz edilib. İstifadəçilər “Mijia App”dan  istifadə edərək temperaturu tənzimləyə bilərlər.

Bundan əlavə, yeni cihazın xarici mühiti müşahidə etmək və göz almalarına təzyiq etməmək üçün şəffaf pəncərəsi var.

QAZİLER.AZ

Diaspora