55 saat yumruq vuraraq Ginnesin Rekordlar kitabına düşdü

55 saat yumruq vuraraq Ginnesin Rekordlar kitabına düşdü backend

Hindistanda 42 yaşlı döyüş ustası 55 saat boks torbasını vuraraq Ginnesin Rekordlar Kitabına düşüb.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, məlumatı NDTV dərc edib.

Nailiyyətin müəllifi Sidhu Kşetri adlı bir şəxsdir. Ginnesin Rekordlar Kitabının qaydalarına görə, rekordçuya hər saatda 5 dəqiqəlik fasilə verilsə də, o, torbaya ən azı iki saniyədə bir dəfə  vurub.

Qeyd edilib ki, bu, Sidhunun ilk uğuru deyil. 2013-cü ildə o, üç dəqiqə ərzində ən çox zərbə vurma rekordunu qazanıb - 620 dəfə.

İdmançı son rekordun onun üçün xüsusilə çətin olduğunu etiraf edib: “Qollarımdakı ağrı təxminən 20 saat sonra başladı. Mən inanırdım ki, emosional olaraq güclü qalsam, ağrıya dözə bilərəm”.

QAZİLER.AZ

Diaspora