Cənubi Koreyanın “Hyundai” şirkəti Las-Veqasda keçirilən CES sərgisinə “S-A2” adlanan şaquli qalxan və enən dördyerlik elektrikli taksinin prototipini gətirib.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” yazıb.
Uçan taksi helikopter və sabit qanadlı təyyarənin hibridindən ibarət olacaq. Şirkətdən bildiriblər ki, “S-A2” akkumulyatorla işləyəcək və "sakit, səmərəli və sıfır emissiya" olacaq.
Avtomobil istehsalçısı qeyd edib ki, yeni məhsul avtomobil dizaynını innovativ aerokosmik inkişaflarla birləşdirir. Belə bir taksinin 192 km/saat sürətə çata biləcəyi və 460 m hündürlükdə uça biləcəyi gözlənilir. Avtomobilin tutumu 4 sərnişin + 1 pilotdur. Təyyarə 40-65 kilometr məsafədə şəhər ətrafında səyahət üçün nəzərdə tutulub.
QAZİLER.AZ