Qasırğa zamanı Devid Bekhemin villasına zərər dəyib - FOTO

Qasırğa zamanı Devid Bekhemin villasına zərər dəyib - FOTO backend

Yeni il Devid və Viktoriya Bekhemin ailəsində təlatümlü başlayıb. Yanvarın ilk günlərində cütlüyün villasının yerləşdiyi Oksfordşiri qasırğa bürüyüb. Bölgədəki bir çox evlər qasırğanın dağıdıcı gücündən əziyyət çəkdiyi kimi, Bekhemlərin malikanəsi də zərərsiz ötüşməyib.

Qaziler.az-ın “Rambler.ru”ya istinadla verdiyi məlumata görə, keçmiş futbolçu sosial şəbəkədəki səhifəsində bildirib ki, güclü külək evin yaxınlığında yerləşən ağacı kökündən qopardaraq yola atıb. Bekhem qeyd edib ki, qasırğa səbəbindən digər bitkilər və kommunikasiya qovşaqları da zədələnib.

“Bundan da pis ola bilərdi...”, - deyə idmançı şərhində yazıb.

Son zamanlar David Bekhem həyət evinə çox vaxt və əmək sərf edir. Bekhem təkcə bağçılıqla deyil, həm də toyuq yetişdirməklə maraqlanmağa başlayıb. Milad bayramında isə xanımı Viktoriya ərinə böyük bir toyuq hini hədiyyə edib.

QAZİLER.AZ

Diaspora