Putin istixanada yetişdirilən pomidor və reyhanın qoxusuna "vuruldu" - VİDEO

Putin istixanada yetişdirilən pomidor və reyhanın qoxusuna "vuruldu" - VİDEO backend

Rusiya Prezident Vladimir Putin Çukotkada ilboyu fəaliyyət göstərən “Makatrov kəndli ferması” istixana kompleksinə səfər edib.

Qaziler.az bildirir ki, bu barədə jurnalist Pavel Zarubin teleqram kanalında yazıb. O bildirib ki, Putin istixanada reyhanı qoxulayıb və ətrini yüksək qiymətləndirib.

Putini kompleksdə yetişdirilən tərəvəzlərlə tanış edən bələdçi xanım xiyar, pomidor və reyhana toxunduqdan sonra əldən necə gözəl qoxunun gəldiyini həvəslə vurğulayıb. Putin də deyilənləri həm sözlə, həm də hərəkətləri ilə təsdiqləyib:

“Düzdür, düzdür! Superdi!”, - Putin təkrar edib.

Putin  istixanalarda yetişdirilən pomidorların ölçüsünü də “layiqli” adlandırıb.

Məlumatda qeyd edilib ki, çoxmərtəbəli istixana kompleksində sahibkarlar hər zaman şaxtalı şəraitdə tərəvəz yetişdirirlər. Burada ildə 79 tona yaxın tərəvəz istehsal olunur.

QAZİLER.AZ

Diaspora