“Volkswagen” üç avtomobilini süni intellektlə təchiz edir

“Volkswagen” üç avtomobilini süni intellektlə təchiz edir backend

“Volkswagen” “Golf”, “Tiguan” və “ID4” modellərini süni intellektə malik səsli köməkçi “ChatGPT” ilə təchiz edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə “Automotive News Europe” məlumat yayıb.

Ümumi suallara cavab verə, əyləncə funksiyalarını idarə edə və sürücü ilə əlaqə saxlaya biləcək yenilənmiş səs köməkçisi 2024-cü ilin ikinci rübündə Avropa və Şimali Amerikada “Volkswagen” avtomobillərində peyda olacaq. Yeni funksiya havadan nəqliyyat vasitəsinin proqram təminatının yenilənməsindən sonra əlçatan olacaq.

Yeni funksiyanı həyata keçirmək üçün alman avtomobil istehsalçısı proqram təminatı istehsalçısı “Cerence” ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. “Volkswagen” vurğulayır ki, o, bu texnologiyanı kompakt seqmentdəki avtomobillərdə standart funksiyaya çevirən ilk avtomobil istehsalçısıdır.

QAZİLER.AZ

Diaspora