Anti-Rusiya sanksiyalarının tətbiqindən, bir çox Qərb avtomobil istehsalçıları və təchizatçılarının Rusiya bazarından geri çəkilməsindən sonra Çin avtomobillərinin alıcılarının sayı artıb.
Qaziler.az RBK-ya istinadla bildirir ki, şiddətli şaxtalardan sonra Çindən avtomobil alanların ən çox hansı problemlərlə üzləşdiyini avtoservis mərkəzləri öyrənməyə qərar verib.
Çin avtomobillərində əsasən, soyuqdan multimedia cihazları, yanacaq nasosları, sobalar nasaz olub, alət panellərinin işi də pisləşib.
Çin avtomobillərin əsas problemi akkumulyatorun boşalması və mühərriki işə sala bilməməsidir. Bəzi avtomobillərdə də donmuş fırçalar və klimat-kontrol sistemində problemlər oulub.
QAZİLER.AZ