“Dəstur” filminə baxarkən qorxan tamaşaçının halı pisləşdi - VİDEO

“Dəstur” filminə baxarkən qorxan tamaşaçının halı pisləşdi -  VİDEO backend

Sosial şəbəkələrdə Qazaxıstanın yeni yerli “Dəstur” filminə baxarkən kinoteatrda bir tamaşaçının halının pisləşməsii ilə bağlı video yayılıb.

Qaziler.azın məlumatına görə, videodan görünür ki, filmin səhnələrindən birində tamaşaçı qəfil oturduğu yerdən ayağa qalxıb və bununla da qalan tamaşaçıları qorxuya salıb. Kadrlarda bir neçə nəfərin kömək üçün qorxmuş tamaşaçıya yaxınlaşdığı görünür.

Bu filmin nümayiş olunduğu bir həftə ərzində milyard təngə yığaraq yeni rekorda imza atdığı da məlum olub.

“İrina Kairatovna” qrupunun klip rejissoru kimi tanınan rejissor Kuanış Beysekov üçün bu, tammetrajlı filmin ikinci təcrübəsidir. O, 2021-ci ildə "Otızdan asıp baramın" filmini çəkib

“Dəstur” (qazax dilindən tərcümədə “Ənənə” deməkdir) zorlayıcı ilə evlənməyə məcbur edilən qız haqqında mistik trillerdir.

Xatırladaq ki, Qazaxıstanın “Taptım-ay Səni” filmi 10 gün ərzində prokatda  bir milyard təngədən çox qaznc əldə etmişdi.

QAZİLER.AZ

Diaspora