Putinin saytını sındırmağa cəhd ediblər

Putinin saytını sındırmağa cəhd ediblər backend

Rusiya prezidentliyinə namizəd Vladimir Putinin saytı xaricdən çoxsaylı DDoS hücumlarına məruz qalıb.

Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, bunu seçki qərargahının mətbuat katibi Aleksandra Suvorova bildirib. Onun sözlərinə görə, bütün lazımi tədbirlər görülüb və hazırda resurs nasazlıq olmadan işləyir.

“Bu gün günortadan sonra Rusiya prezidentliyinə namizəd Vladimir Putinin saytı fəaliyyətə başlayıb: putin2024.ru. İşə başlayandan (Moskva vaxtı ilə saat 13:00 radələrində) resurs xaricdən çoxsaylı DDoS hücumlarına məruz qalıb”, - Suvorova bildirib.

QAZİLER.AZ

Diaspora