Mahaçqalanın dəniz ticarət limanını su basması nəticəsində kritik vəziyyət yaranıb.
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bunu “Mahaçqala Dəniz Ticarət Limanı” ASC-nin baş direktoru Rüstəm Kərimov Dağıstan hökumətində keçirilən iclasda deyib.
Onun sözlərinə görə, quru yük limanı kanalının qumla örtülməsi limanın fəaliyyətinin qismən bağlanmasına səbəb olub. O əlavə edib ki, hazırda 20 gəmi yolda qalıb və külək dayanmır.
QAZİLER.AZ