ABŞ Arktikanı Kanadadan almaq istəyir

ABŞ Arktikanı Kanadadan almaq istəyir backend

Amerika Birləşmiş Ştatları Arktikada öz təsir zonasını kontinental şelf hesabına genişləndirmək istəyir.

ABŞ rəsmiləri məsələni Yaponiya və Kanada ilə müzakirə edilməli olduğunu bildiriblər.

“Heç kim şübhə etmir ki, müttəfiqlər dinməz-söyləməz bütün sənədləri imzalayacaqlar. Vaşinqton Arktikanı gələcək üçün ən vacib resurs meydançası hesab edir və region uğrunda mübarizəyə hazırlaşmağa başlayır”, - deyə qeyd olunub.

ABŞ Dövlət Departamentinin təqdim etdiyi xəritələrə əsasən, ABŞ iki böyük əraziyə: Bofort və Berinq dənizlərinə, həmçinin şelfə iddia edir. Eyni zamanda, Dövlət Departamenti ABŞ və Rusiya arasında Arktikaya görə ərazi mübahisələrinin yaranmayacağını vurğulayıb.

Qeyd olunur ki, normalara uyğun olaraq, şelflə bağlı iddialara BMT vasitəsilə baxılmalıdır. Lakin ABŞ BMT-nin Dəniz Konvensiyasını imzalamadığı üçün onun beynəlxalq təsdiqə ehtiyacı olmayacaq.

“Onlar konvensiyadan və beynəlxalq mexanizmlərdən yan keçərək sorğu verirlər. Bu mənada sorğunu tanımaq olmaz”, - deyə Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev vurğulayıb.

Mənbə: osnmedia.ru / Oxu.az

Diaspora