“Aeroflot” təyyarənin salonunda növbəti oturacaqda heyvanların daşınması üçün sınaq xidmətinə başlayıb.
Qaziler.az "Nyus.ru”ya istinadla xəbər verir ki, bu haqda təşkilatın mətbuat xidməti məlumat yayıb.
Xidmət 20 mart 2024-cü il tarixinədək ruslar üçün əlçatan olacaq, bundan sonra xidmətin davamlı olaraq uzadılması barədə qərar qəbul ediləcək.
Məlumatda qeyd edilib ki, bir sərnişin istənilən xidmət sinfində növbəti oturacaqda heyvan və ya quş olan konteyner daşıya bilər. Bu halda əlavə yer üçün ödəniş böyüklər üçün nəzərtdə tutulan tariflə ödəniləcək. Heyvanlar üçün konteyner yalnız pəncərənin yaxınlığındakı oturacaqlara yerləşdirilməlidir və ev heyvanı bütün uçuş boyunca daşıyıcıda qalmalıdır. Ev heyvanı ilə birlikdə daşıyıcının ümumi çəkisi 15 kq-dan çox ola bilməz.
QAZİLER.AZ