ABŞ prezidenti Co Bayden jurnalist Conan O'Brayenə onun kimi saçlara sahib olmaq istədiyini deyib.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, podkastın aparıcısı Amerika lideri ilə bir sıra məsələləri müzakirə etmək üçün Ağ Evə gəlib. Söhbət zamanı dövlət başçısı O’Brayenin saç düzümünə diqqət çəkib və onu dəyişdirməyi təklif edib.
“Heyf ki, sənin saçın məndə yoxdur. İstəsən, bu saat səninlə saçlarımızı dəyişdirərdim”, - Bayden zarafat edib.
Bu zaman jurnalist özünü itirməyib və saçlarının xüsusi yapışqan ilə başının arxa hissəsinə yapışdırıldığını və parik olduğunu deyib. Həmçinin o, əlavə edib ki, sabah birini Baydenə poçtla göndərəcək.
QAZİLER.AZ