Çində günəş enerjisi ilə işləyən “ağıllı parça” hazırlanıb - FOTO

Çində günəş enerjisi ilə işləyən “ağıllı parça” hazırlanıb - FOTO backend

Çinin Nankin Universitetinin mühəndis və kimyaçılar qrupu xarici şəraitdən asılı olaraq bədən istiliyini termorequlyasiya edə bilən metaparça yaradıb.

Qaziler.az bildirir ki, tədqiqat “Science” elmi jurnalında dərc olunub.

Yeni material xüsusi mikrofiberə daxil edilmiş qızdırıcı elementləri olan çevik üzvi fotovoltaik modula əsaslanır. Lif istiliyin yayılmasını sürətləndirir, istifadəçini sərinlədir. Modul günəş enerjisindən istifadə edərək isə elektrokalor effekti ilə paltarı qızdıra bilir.

Təcrübələr göstərib ki, metaparçadan olan geyim ətraf mühitdə temperaturu 12,5°C ilə 37,6°C arasında dəyişdikdə temperaturu 32°C ilə 36°C arasında sabit saxlamağa qadirdir.

QAZİLER.AZ

Diaspora