Türkiyənin Kayseri şəhərində işləyən həkim müayinəsindən razı qalmadığını əsas gətirərək onu hədələyən xəstəsi ilə poliklinikaya gələn uşaqlara 100 şokolad almaq şərti ilə anlaşıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Kayseri Şəhər Xəstəxanasının Qulaq Burun Boğaz Xəstəlikləri Şöbəsində çalışan həkim N.Ç.-yə müayinə üçün gələn şübhəli S.B. müalicədən razı qalmadığını iddia edərək yenidən müayinə olunmaq istədiyini bildirib, və otaqdan çıxmayıb.
Həkim onu gözləyən başqa xəstələrin olduğunu desə də, şübhəli şəxs: "Növbəti dəfə gələndə məni müayinə etməsən, sənə nə edəcəyimi bilirəm" deyərək onu hədələyib.
Onu təhdid etdiyinə görə həkim xəstədən şikayətçi olub.
“Təhdid” cinayətinə görə barışıq idarəsinə göndərilən dosyanı idarə edən məmur şikayətçi həkim N.Ç. ilə görüşüb. Xəstəxananın ambulatoriyasına müayinəyə gələn uşaqlara paylanmaq üçün həkim 100 şokolad alarsa, şübhəli S.B. ilə barışa biləcəyini bildirib. Qarşı tərəf bununla razılaşıb və beləliklə barışıq əldə olunub.
QAZİLER.AZ