Avstraliyalı qadın həyətindən tapdığı balanı evində saxlayıb, lakin sonra onun it olmadığını öyrənib.
Qaziler.az xəbər verir ki, bu haqda “Daily Star” nəşri yazıb.
Avstraliyalı qadın 2019-cu ildə evinin həyətində bir heyvan balası tapıb və ona Vandi ləqəbini verib. Lakin qadın qarşısındakı heyvanın tülkü və ya it olduğunu müəyyən edə bilməyib. Cavabı tapmağa çalışan qadın ev heyvanını baytarlara aparıb, lakin ekspertlər də çıxılmaz vəziyyətdə qalıblar, ona görə də heyvandan DNT nümunəsi götürüblər.
Bir neçə həftə sonra DNT testinin nəticələri açıqlanıb: Vandinin dinqo olduğu ortaya çıxıb. Bundan sonra qadın heyvanı sığınacağa köçürüb, burada növün populyasiyasını artırmaq üçün yetişdirmə proqramı ilə məşğul olublar.
Könüllülər Vandinin qartal tərəfindən qaçırıldığını və sonra yaşayış evlərindən uzağa düşdüyünü ehtimal ediblər.
"Onun kürəyində yaralar var idi və dırnaqları aşınmışdı. Bu da onu tapmazdan əvvəl balanın uzun məsafə qət etdiyini deməyə əsas verir", - məlumatda qeyd edilib.
QAZİLER.AZ