Tarakanlardan xilas olmaq istəyən kişi evi partlatdı

Tarakanlardan xilas olmaq istəyən kişi evi partlatdı backend

Yaponiyada sakin tarakanlardan qurtulmaq istəyərkən evini partladıb.

Qaziler.az xəbər verir ki, bu haqda “Asia One” nəşri yazıb. O, evə həddən artıq həşərat dərmanı sıxıb, bu da partlayışa səbəb olub.

KİV-in məlumatına görə, yaponiyalı kişinin evinin şüşələri qırılıb, özü isə yüngül xəsarətlər alıb. Müstəntiqlərin fikrincə, kişi mənzilə tarakan əleyhinə dərman səpib, sonra pəncərəni açıb. Kənardan gələn böyük miqdarda oksigen, həmçinin evdə işləyən qızdırıcı partlayışa səbəb olub.

Mütəxəssislər izah ediblər ki, insektisidin tərkibində tez alışan maddələr, o cümlədən spirt, propan və butan var. Qaz və oksigenin müəyyən qarışığı partlayışa səbəb ola bilər, hansı ki, bu da yaponun evində baş verib.

Nəşrdə qeyd edilib ki, xilasedicilər gələn zaman evin partlamasına baxmayaraq, evdə hələ də tarakanlar olub.

QAZİLER.AZ

Diaspora