Evdə yataq böcəklərinin olması məsələsi 2023-cü ildə Fransada axtarış sorğuları arasında populyarlıqda lider olub.
Bu barədə Fransanın “Europe 1” radiostansiyası məlumat yayıb.
“Bu il ən populyar mövzular arasında (Google sorğuları) biz “Taxtaqurdunun olub-olmadığını necə bilərik?”, “Etibarsızlıq səsverməsinin tərifi” və “49.3 nədir?” sualları tapılıb”, - nəşrdə deyilir.
Etibarsızlıq səsverməsi və "49,3" tələbləri 2023-cü ildə qanunların parlamentdə səsvermə olmadan qəbul edilməsinə icazə verən Fransa Konstitusiyasının 49.3-cü maddəsinə dəfələrlə istinad edən Baş nazir Elizabet Born ilə bağlı narazılıqdan irəli gəlib. Dekabrın əvvəlində Born 20-ci dəfə Sosial Təminat büdcəsi qanun layihəsini qəbul etmək və daha əvvəl pensiya islahatına təkan vermək üçün bu bənddən istifadə etdi və bu, ölkə daxilində uzun və geniş etirazlara səbəb oldu.
Fransanın paytaxtında yataq böcəklərinin zəbt edilməsi isə oktyabrın 3-də Fransanın səhiyyə naziri Orellan Russonun radio ilə çıxışı zamanı həşəratların kütləvi şəkildə peyda olması və Paris sakinlərini panikaya düşməməyə çağırması ilə məlum olub.
İki gün sonra Fransada 7 məktəbdə taxtaqurdunun aşkarlanması səbəbiylə bağlandığı da bildirildi. Hətta Fransa bu böcəklərə görə Rusiyanı ittiham etmişdi.
QAZİLER.AZ