Şimali Koreya lideri Kim Çen In şəxsi avtomobilini “Mercedes-Maybach S650” ilə əvəz edib.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə Cənubi Koreyanın SBS telekanalı dekabrın əvvəlində Şimali Koreyada keçirilən anaların milli konfransında çəkilmiş foto və videolara istinadən məlumat yayıb.
"Kim Çen In şəxsi avtomobilini yenisi ilə əvəz edib", - məlumatda deyilir.
Qeyd olunur ki, Kim Çen In tədbirə şəxsi avtomobili ilə gəlib və müxbirlər onun üzərində “Maybach” brendinə diqqət yetiriblər.
SBS həmçinin avtomobilin bir neçə ölkə vasitəsilə Şimali Koreyaya keçirildiyini də ehtimal edir. Telekanalın məlumatına görə, avtomobil 2019-cu il istehsalı ola bilər.
QAZİLER.AZ