Pantone Beynəlxalq Araşdırma İnstitutu 2024-cü ilin əsas rəngini açıqlayıb.
Qaziler.az bildirir ki, müvafiq material şirkətin saytında dərc olunub.
Beləliklə, o, şaftalı tonu 13-1023 Peach Fuzz ("şaftalı tükü"- red.) oldu. Qeyd olunur ki, bu rəng insanın mərhəmətini və fitri yaxınlıq istəyini simvolizə edir, həm də özünə və başqalarına qayğı göstərmək istəyini əks etdirir.
Pantone Rəng İnstitutunun icraçı direktoru Leatrice Eiseman, "Bu, hərtərəfli mahiyyəti zehni, bədəni və ruhu zənginləşdirən məxməri, zərif bir şaftalıdır" dedi.
Pantone 2023-cü ilin əsas rəngi olaraq 18-1750 Viva Magenta bənövşəyi alt tonu olan moruq-qırmızı rəngi seçdi.
QAZİLER.AZ