Anbarda 44 ildir unudulmuş “Ford Mustang” aşkarlanıb - FOTO

Anbarda 44 ildir unudulmuş “Ford Mustang” aşkarlanıb - FOTO backend

ABŞ-da avtobloggerlər 44 ildir tövlədə qalan “Ford Mustang” tapıblar. Avtomobil haqqında videoçarx “YouTube”da “Life's Endeavors” kanalının müəllifləri tərəfindən yayımlanıb.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, Kolorado ştatının Denver şəhərində birinci nəsil “Ford Mustang” avtomobilinin sahibi kabrioleti 1979-cu ildə anbarda saxlayıb və bir daha sürməyib.

Blogerin sözlərinə görə, anbarda tapılan “Ford Mustang” 120 at gücü hasil edən 3,3 litrlik altı sıralı mühərriklə təchiz edilib.

Kanalın aparıcısının dediyi kimi, hərəkət etmədən bu qədər vaxtda anbarda qalan avtomobil üçün “Mustang” çox yaxşı vəziyyətdədir. Kuzovda demək olar ki, korroziya izi yox idi, yumşaq üstü də toxunulmaz qalıb. Eyni zamanda, kabrioletin salonu siçanlar tərəfindən ciddi şəkildə zədələnib, salondakı döşəməsində pasdan dəliklər yaranıb.

Maşını tövlədən çıxarmaq üçün bloqqer divarı sökməli olub. O, maşını bərpa edəcəyinə ümid edir.

QAZİLER.AZ

Diaspora