Qadın milçəkləri yeməsi üçün evində nəhəng hörümçək saxlayır

Qadın milçəkləri yeməsi üçün evində nəhəng hörümçək saxlayır backend

Avstraliyada nəhəng ov hörümçəyi qadının otağında yuva düzəldib və yumurta qoyub.

Qaziler.az bildirir ki, xəbər “Daily Mail”də dərc edilib.

Kristy Qriffin dediyi kimi, ovçu hörümçəklər həmişə böyüklükləri ilə onu qorxudurdu, ona görə də yataq otağında onlardan birini görəndə dəhşətdən yerində donub qalıb.

Daha sonra hörümçəyin otağında yuva düzəltdiyini və 10-a yaxın yumurta qoyduğunu görüb. Kristy çağırılmamış qonağı qovmağa cəsarəti olmadığını etiraf edib.  Ona görə də evdə yeni artımın görünməsini gözləməyə başlayıb.

"Əvvəlcə hörümçəyin yerini dəyişdirəcəkdim, amma sonra özümü pis hiss etdim", - deyə qadın bildirib.

Avstraliyalı qadının oxuduğu məlumata görə, ovçu hörümçəklər öz nəsilləri ilə altı aya qədər qala bilirlər, ona görə də indi qadın onların getməsini gözləyir.

"Beləliklə, onların böyüdüyünü görürəm və bu vaxt ərzində onlar mənim üçün milçək və ağcaqanad tuta bilirlər”, - qadın əlavə edib.

QAZİLER.AZ

Diaspora